Millimizin UEFA Millətlər Liqasındakı ilk rəqibi Kosovo millisinin heyətində dəyişiklik edilib.
Fanat.Az Kosovo Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Xorvatiyanın "Hayduk" klubunda çıxış edən Ardian İsmayli A millidən ayrılıb və U-21-in düşərgəsinə yollanıb.
Onun əvəzində Danimarkanın "Bröndbü" klubunda çıxış edən Besar Halimi əsas komandaya cəlb olunub.
Qeyd edək ki, avqustun 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Kosovo matçı saat 20.00-da başlayacaq.
Fanat.Az