Nigeriya yığmasının məşqçisi Salisu Yusuf ölkənin futbol federasiyası tərəfindən cəzalandırılıb.
Fanat.Az xəbər verir ki, mütəxəssis 1 illlik diskvalifikasiya olunub. Bu müddət ərzində o, futbol üzrə istənilən sahədə fəaliyyət göstərə bilməyəcək.
Məsələ ilə bağlı Nigeriya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Salisu 3 ay ərzində 5 min ABŞ dolları məbləğində cərimə ödəməlidi.
56 yaşlı qanalı mütəxəssis jurnalistdən 1000 ABŞ dolları rüşvət almaqda ittiham olunur. O, həmçinin bir neçə futbolçunun başqa klublara transferində vasitəçilik edib ki, bu da milli məşqçiləri üçün qadağandı.
Salisunun ittihamları qəbul etmədiyi və qərardan apellyasiya şikayəti verəcəyi bildirilir.
Fanat.Az