Millətlər Liqasının ilk turunda sentyabrın 7-də Azərbaycan yığması ilə qarşılaşacaq Kosovo millisinin futbolçuları təmsilçimizlə görüş ərəfəsində açıqlama verib.
Fanat.Az xəbər verir ki, rəqib oyunçular millimizin gücündən və hazırıqlardan danışıb:
Herolind Şala(yarımmüdafiəçi): "Bu günlərdə maksimum şəkildə hazırlıq keçdik. Yaxşı şərtlər meydana gəlmişdi. Bu əhval-ruhiyyə ilə oyuna köklənməyimiz yaxşı haldır. Nəticə vermək üçün hazırıq. Ümid edirəm ki, çox yaxşı nəticələrimiz olacaq”.
Merqim Voyvoda(müdaifəçi): "Hazırlaşdıq və Azərbaycanla matça tam köklənə bilərik. Əlbəttə ki, bizə asan olmayacaq. Amma qələbə üçün səfərə gedirik. Hər şey özümüzdən asılıdır”.
Samir Uykani (qapıçı, kapitan): "İndi asan rəqib yoxdur. Toplanışda maksimum gücümüzü qoyduq. Azərbaycan sıradan rəqib deyil. Biz maksimum gücümüzlə oynayıb yeni səhifə yazmalıyıq. Keçmiş prezident Vokrri üçün oynayacağıq və motivasiyamız onun üçün qazanmaq olacaq”.
Bersant Çelina (yarımmüdaifəçi): "Qeyri-adi atmosfer olacağına inanıram. Futbolda hər şey mümkündür. Uğur istək və iradə tələb edir. Biz qələbəyə inanırıq. Mümkün qədər yaxşı başlamalıyıq”.
Fanat.Az