"Qarabağ"ın 12 futbolçusu 6 milli komandalara dəvət alıb.
Fanat.Az xəbər verir ki, bu haqda klubun feysbuk səhifəsində məlumat və şəkil yerləşdirilib.
Bu oyunçular bütün mövqelər üzrədi. Qapıçı - Şahrudin Məhəmmədəliyev, mərkəz müdafiəçiləri - Bədavi Hüseynov və Rahil Məmmədov, sağ cinah müdafiəçisi - Maksim Medvedev, dayaq yarımmüdafiəçiləri - Qara Qarayev və Coşqun Diniyev və hücumçu - Mahir Mədətov UEFA Millətlər Liqasında Kosovo və Malta ilə matçlar üçün Azərbaycan millisinə çağırılıb.
Ağdamlıların daha bir qapıçısı - Hannes Halldorsson İslandiya, müdafiəçisi - Ansi Aqolli Albaniya, yarımmüdafiəçiləri - Simeon Slavçev Bolqarıstan, Donald Gerrye Haiti, hücumçusu - Con Delarj Konqo yığmasına yollanıb.
Fanat.Az