Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Portuqaliya yığmasının və "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu eqoist adlandırdığı üçün üzr istəyib.
Fanat.Az xəbər verir ki, bu barədə 52 yaşlı mütəxəssis Portuqaliya millisi ilə keçirəcəkləri yoldaşlıq görüşündən əvvəl mətbuat konfransı zamanı açıqlama verib:
"İşlətdiyim ifadəyə görə üzr istəyirəm. Tədbirə qatılmadığı üçün Ronaldonun komandanın uğurlarından çox özünü düşünən futbolçu olduğunu və belələrini sevmədiyimi demişdim. Bu, Ronaldo haqda mənfi bir şey dediyim anlamına gəlib. Əslində demək istədiyim bu deyildi. Fikirlərim media və azarkeşlər tərəfindən yanlış anlaşılıb. Dediklərimə görə üzr istəyirəm".
Qeyd edək ki, Portuqaliya - Xorvatiya yoxlama görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Fanat.Az