Malta millisinin baş məşqçisi Branko Niseviç Millətlər Liqasının startı ərəfəsində açıqlama verib.
Fanat.Az xəbər verir ki, Azərbaycanla eyni qrupda yer alan "cırtdanlar”ın çalışdırıcısı belə danışıb:
"Futbolçularımız ölkəmizi necə təmsil etməli olduqlarını bilirlər. Millətlər Liqası hər kəs üçün bir şansdı. Biz özümüzü göstərməyə çalışacağıq. Hədəfimiz hücum futbolu oynamaq, çoxlu qol vurmaqdı. Farer Adalarına qarşı ilk oyun xal qazanmaq baxımından əlverişlidi. Farer Adaları qrupumuzda ən yüksək reytinqə malik komandadı, reytinq sıralamasında 90-cı yerdədi. Ən güclü tərəfləri isə evdə oynamaları və 12-ci oyunçuya sahib olmalarıdı. Almaniyanın aşağı liqalarında çıxış edən futbolçuları var. Keyfiyyət baxımından üstün olsalar da, udulmayacaq komanda deyillər. Azərbaycanla görüşdə də yaxşı nəticə qazanmaq istəyirik. Bunu bacarsaq, ümidlərimiz artacaq. Azərbaycanla öz meydanınımızda üz-üzə gələcəyik. Deməli, uğur qazanmaq şansımız böyükdü”.
Fanat.Az