"Bizim üçün yeni məcarının başlanğıcıdı. Millətlər Liqası çox gözəl turnirdi. AÇ-2020-yə vəsiqə qazanmaq bizim də arzumuzdu”.
Fanat.Az xəbər verir ki, bunu Kosovo yığmasının baş məşqçisi Bernard Şalland Azərbaycan millisi ilə UEFA Millətlər Liqasının ilk oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib. 67 yaşlı isveçrəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Rəqibin
güclü və zəif cəhətləri barədə nə deyə bilərsiniz?
- Azərbaycan millisi haqda məlumatım var. Məşqçiyəm, araşdırmışam. Bu mənim
işimdi. Azərbaycan ötən seçmə mərhələdə 10 xal toplayıb. FIFA reytinqində də
üst pillədədi. Azərbaycanı qrupun favoriti sayıram. Bizim çox güclü qrupumuz
var. Malta və Farer adaları da yaxşı komandalardı. D liqasının ən güclü qrupu
bizimkidi.
-
Azərbaycan millisini favorit sayırsınız. Bəs, Kosovo yığması buraya nəyə gəlib?
- Belə deməkdə məqsədim Kosovonun cavan komanda olmasını vurğulamaqdı. Biz cəmi
bir seçmə mərhələ görmüşük. Belə cavan komanda ilə bura gəlib, qalib
gələcəyimizi söyləyə bilmərəm. Hazırda Portuqaliya Farer adalarına qarşı
oynasa, çətinlik çəkər. Bu gün futbolda hər şey başqa cürdü.
- Kosovo
millisinin futbolçuları Avropanın klublarında çıxış edir. Bu, sizin üçün
üstünlükdü?
- Bayaq da dedim, Kosovo yeni yığmadı. Bəli, bizim futbolçular başqa ölkələrdə
çıxış edirlər. Bu, bizim üçün üstünlükdü. Azərbaycanlı futbolçuların xarici
klublara getməməsinin səbəbini bilmirəm. Bəlkə burda onlara daha çox pul
verirlər. Azərbaycana qarşı oynamaq bütün komandalar qarşı çətin olacaq. Amma
AÇ-2020-yə düşmək bizim üçün həm arzu, həm də məqsəddi.
- Valon
Berişanın yoxluğu oyununuza mənfi təsir edəcək?
- Təbii ki, Berişa ən məşhur və yaxşı oyunçularımızdan biridi. Təəssüf ki, zədə
səbəbindən oynaya bilməyəcək. Oktyabrda sıraya dönməlidi. Məşqçi kimi ona
layiqli əvəzləyici tapmalıyam.
- Hücumda
sürətli oyunçuları oynadacaqsız, yoxsa ucaboy forvardlara şans verəcəksiz?
- Yaxşı sual deyil (gülür). Komandam haqqında indidən məlumat verə bilmərəm.
Onu deyə bilərəm ki, hücumçuların sayı 2 olacaq.
- Besar
Haliminin yoxluğunda komandadan yaradıcılıq gözləyirsiz?
- Bəli, Halimi yardıcılıq baxımından önəmli oyunçudu. Amma onun yerinə cavan
futbolçularımız var. Problem olmamalıdı. (Report)