"Milli komandanı tərk etmişəm. Heyətdə əvvəlki və yeni futbolçular cəmləşib. Onlar Albaniya adına yeni-yeni qələbələr qazanmalıdılar. Kollektivdaxili atmosfer yaxşıdı. Qarşıdakı oyuna yaxşı hazırlaşmışıq. İndi itkiləri xatırlatmaq lazım deyil. Hətta bu itkilərdən də komanda dərs alıb".
Fanat.Az xəbər verir ki, bu sözləri Albaniya yığmasına yenidən dəvət alan "Qarabağ"ın futbolçusu Ansi Aqolli deyib.
İsraillə bu gün keçirəcəkləri yoldaşlıq görüşündən əvvəl keçirilə mətbuat konfransına qatılan 36 yaşlı müdafiəçi UEFA Millətlər Liqası ilə bağlı danışıb: "Bu, yeni təcrübədi və hələlik nə isə demək tezdi. İlkin hədəfimiz yaxşı oyunla qələbə qazanmaqdı".
Fanat.Az