Uesli Sneyder milli karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, o, Hollandiya millisində son oyununa çıxıb. 33 yaşlı yarımmüdafiəçi yığma ilə vida matçını ötən gecə Peruya qarşı keçirib.
Amsterdamda, "Yohan Kroyff” stadionunda baş tutan görüşə start heyətdə başlayan Sneyder 62-ci dəqiqədə əvəzlənib. O, stadiona toplaşan yerli azarkeşlər tərəfindən uzun müddət alqışlanıb. Matç isə Hollandiyanın 2:1 hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, Sneyder karyerası ərzində "Ayaks”, "İnter”, "Real”, "Nitsa”, "Qalatasaray” kimi komandalarda çıxış edib. O, hazırda Qətərin "Əl-Qarafa” klubunun şərəfini qoruyur.
Fanat.Az