"Fənərbaxça" və Türkiyə yığmasının sabiq baş məşqçisi Quus Hiddink Çinin U-21 yığmasını çalışdıracaq.
Fanat.Az xəbər verir ki, çin mətbuatı hələ rəsmi açıqlama olmasa da Çin U-21-nin məhz hollandiyalı mütəxəssisə tapşırılacağını yazıb.
71 yaşlı çalışdırıcı, Çin U-21-nin Myanmarla matçını izləyərkən görülmüşdü.
Mübarizə boyu özündə qeydlər aparan məşqçinin komandanı 2020-ci il Tokioda keçmiriləcək çempionata daşımağa çalışacağı bildirilib.
Hiddinkin son komandası "Çelsi" olub. 2016-cı ilin yayında "Zadəgan"lardan ayrılan təcrübəli çalışdırıcı o vaxtdan bəri heç bir komandaya rəhbərlik etməyib.
Fanat.Az