"Azərbaycan çox yaxşı komandadı. Bərabərliyi bizim üçün uğurlu nəticə hesab edirəm".
Bu sözləri UEFA Millətlər Liqasının II turunda Azərbaycan millisi ilə oyundan sonra təşkil edilən mətbuat konfransında Malta yığmasının baş məşqçisi Rey Farruciya deyib.
63 yaşlı mütəxəssis bildirib ki, Malta yığması tədricən daha yaxşı oynayır: "İrəliyə doğru addımlayırıq. Bugünkü matç komandam üçün çox önəmli idi. Daha böyük dəstəyə ehtiyac duyuruq. Qrupumuzda favorit yoxdu. Məsələn, Kosovo yeni komandadı. İstədikləri yeni futbolçularla heyəti gücləndirə bilərlər. Farer adaları da güclüdü. Lakin fikrimcə, Kosovo bir qədər üstündü. Hazırkı reytinq cədvəli yığmaların gücünü düzgün əks etdirmir. Kosovo daha üst sırada dayanmalıdı". ("Report")
Fanat.Az