UEFA Millətlər Liqasının ikinci turunun Malta ilə səfər oyununda yığmamız və "Qəbələ"nin üzvü Təmkin Xəlilzadənin vurduğu qol ilklərlə əlamətdar olub.
Fanat.Az-ın klubun rəsmi saytına istinadən yaydığıxəbərə görə, cinah oyunçusu Azərbaycan yığmasının Millətlər Liqasındakı ilk qolunun müəllifi kimi tarixə düşüb. O, həm də 7-ci matçını keçirdiyi millidə özünün qol hesabını açıb.
Xatırladaq ki, Xəlilzadə Azərbaycan millisinin tarixində qol sevinci yaşayan 62-ci futbolçudur.
Qeyd edək ki, Malta - Azərbaycan oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Fanat.Az