09:56 15.09.2018 1376

Bakının işğaldan azad edilməsindən 100 il ötür

Sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötür.

Fanat.Az-ın məlumatına görə, 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi.

Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

1918-ci il sentyabrın 10-da Nuru Paşa Bakının azad edilməsinə rəhbərliyi bilavasitə öz üzərinə götürür. Nuru Paşanın 10 sentyabr tarixli əmr ilə Şərq cəbhəsi komandanlığı və ona məxsus Şimal qrupu ləğv edilir, cəbhədəki bütün birliklərin hərəkatı bilavasitə Qafqaz İslam Ordusu komandanlığına həvalə edilir.

Qafqaz İslam Ordusunun komandanlığı döyüşən diviziyalara göndərdiyi 13.09.1918-ci il tarixli əmri ilə sentyabrın 14-ü saat 02-də Bakıya hücumun başlayacağını bildirir.

Bakıya qəti hücumda iştirak etmək üçün təxminən 8000 Osmanlı əsgəri və 7000 nəfərə qədər Azərbaycanın yerli qüvvəsi toplanır.

Gecə saat 2-də 5-ci Qafqaz tüməni Heybət-Biləcəri dəmiryolu istiqamətində irəliləməyə başlayır. 1-ci Bakı müdafiə xətti saat 03:00, 2-ci Bakı xətti isə 06:00-da ələ keçirilir. Hücuma hazırlaşan düşmən topçu atəşi ilə dağıdılır. Hücumun əsas qəhrəmanı olan 56-cı alay strateji təpələri ələ keçirib qarşısındakı düşməni təqib edərək irəliləyir. 15-ci alay sərt Biləcəri yamaclarını tutur, həmin alaya mənsub Maştağa dəstəsi Sabunçunu ələ keçirir. Azərbaycan könüllüləri Keşlə stansiyasını tutur. Açıq savaşdan qaçan ermənilər şəhər daxilində məhəllə, ev davasına keçirlər. Sanki mart soyqırımını təzələmək istəyirlər.

Sentyabr 14-də General Denstervill və Sentrokaspi Diktaturası hökuməti, Bakı kоmissarları Bakıdan qaçır.

Sentyabrın 15-də Gəncədə "Azərbaycan” qəzetinin ilk sayında Bakının azad edilməsi haqqında xəbərlər dərc edilir: "Azərbaycan Xalq Cümhuriyyəti adına Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa həzrətlərinin teleqramı: "Bismillahir rəhmanir rəhim! Bakı şəhəri 15.09.1918-ci il, saat 09-a işləmiş igid ordu hissələrimiz tərəfindən azad olundu”.

Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçür. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə başlanılır.

Sentyabrın 18-də şəhər ətrafında dayanmış Qafqaz İslam Ordusu qoşun hissələri Bakıya daxil olur. Şəhərin əsl sahibi olan Azərbaycan türkləri müzəffər ordunu xilaskar kimi böyük hərarətlə qarşılayır.

Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunur, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulur.

Qafqaz İslam Ordusu Bakı döyüşündə təqribən 2000 şəhid verib.

Bakının bolşevik-daşnak işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Aradan uzun illər keçsə də, türklər tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayıb, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanıb və xatırlanacaq.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 İyun 2025
01:08

Klublararası dünya çempionatı: "Real Madrid" "Əl-Hilal"la bacarmadı

18 İyun 2025
23:54

Ramos "İnter"lə oyunda sabiq "İnter"linin rekordunu yenilədi

23:36

"İnanıram ki, "Hayduk" səddini keçə biləcəyik" - Rəşad Sadıqov

23:18

Qvardiola Qrilişin gələcəyi ilə bağlı nə danışdı?

22:50

Bernardu Silvanın yeni mövsümə harada başlayacağı bilindi - Özü açıqladı

22:23

Zelim Kotsoyev dünya çempionatında "bürünc" qazandı

21:58

"Mançester Siti" klublararası dünya çempionatına inamlı qalibiyyətlə başladı

21:06

"Kəpəz" və "Panatinaikos" rəsmiləri arasında görüş olub

20:39

Yeniyetmələr arasında Liqa yarışının II turu başa çatdı

20:18

Bakıda D kateqoriyalı məşqçi kursları başladı

19:51

"İndiki məqamda əsas işimiz komandanı..." - Elmar Baxşıyev

19:20

"Qarabağ" rəsmiləri "Fənərbağça"nın prezidenti ilə görüşdülər

18:46

İnzaqi "Real Madrid"lə oyundan öncə belə danışdı

18:15

Qurban Qurbanov ÇL-in püşkünü dəyərləndirdi

17:58

"Sabah" Sloveniya təmsilçisinə uduzsa... - Potensial rəqibi bəlli oldu

17:40

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:22

Rusiya klubu fəaliyyətini dayandırdı - RƏSMİ

17:03

"Barselona" yeni transferini açıqladı

16:45

"Barselona"ya keçəcəyi gözlənilən qapıçı klubundan ayrıldı - RƏSMİ

16:26

Konfrans Liqası: "Zirə" Xorvatiya, "Araz-Naxçıvan" isə Yunanıstan təmsilçisinə rəqib oldu

16:08

Stolüstü tennisçimiz Çində hazırlıq keçəcək

15:50

Çempionlar Liqasında II mərhələnin püşkü atıldı

15:31

İngiltərə Premyer Liqasında yeni mövsümün təqvimi açıqlandı

15:12

"Sabah"ın potensial rəqibinin kimliyinə aydınlıq gəldi

14:52

Azərbaycan gimnastları dünya çempionatında mübarizəyə başlayır

14:33

"Araz-Naxçıvan" 4 legioneri ilə vidalaşdı

14:14

Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi bilindi

13:51

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan etdi

13:33

AMADA rəsmiləri Avropa antidopinq konfransında iştirak ediblər

13:15

Belarus yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

12:56

FİFA İsraildə oynayan legionerlərlə bağlı qərar verməyə hazırlaşır - İDDİA

12:37

Qvardiola İngiltərədə çalışdığı müddətdə ilk dəfə bu addımı atdı

12:18

Mbappe klublararası dünya çempionatının ilk oyununu buraxa bilər - SƏBƏB

11:59

İngiltərə nəhəngi 39 yaşlı veteranla anlaşdı

11:41

"Araz-Naxçıvan" hazırlığa start verdi

11:22

"İnter" xal itkisi ilə başladı - VİDEO

11:04

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:45

Klublararası dünya çempionatı: "Real Madrid" ilə "Mançester Siti" ilk sınağına çıxır

10:26

Dünya çempionu: Zelim Kotsoyev mübarizəyə başlayır

09:46

"Qarabağ", "Zirə" və "Araz-Naxçıvan"ın rəqibləri müəyyənləşir - PÜŞKATMA

Facebookdan bizi izləməyi unutmayın.
X