"Bavariya"nın futbolçusu Xames Rodriges yenidən şəxsi həyatı ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, kolumbiyalı ulduzun venesuellalı manken Şannon De Lima ilə sevgili olduğu iddia edilib.
Məlumata görə, Rodriges ailəsi ilə yollandığı Qüdsə məşhur mankenlə görüşüb. Başqa bir iddiaya görə, Şannon De Lima Rodrigeslə keçmiş həyat yoldaşı Daniela Ospinanın münasibətlərinin pozulmasına və boşanmalarına səbəb olub.
Qeyd edək ki, Xames Rodrigeslə Daniela Ospina 6 il evli olub. 27 yaşlı futbolçunun Salome Rodriges Ospina adlı bir qızı var.
Şannon De Limaın sosial mediada paylaşdığı bəzi fotoları təqdim edirik.
Fanat.Az