İsveç millisində seks qalmaqalı baş verib.
Fanat.Az xəbər verir ki, Türkiyə millisi ilə oyundan əvəl millinin düşərgəsində olan Martin Olsson sosial media hesabından tanımadığı bir qadına porno video göndərib. Qadın isə bununla bağlı polisə şikayət edib.
İsveç Dövlət Televiziyasına açıqlama verən futbolçu ittihamı qəbul etməyib. Martin Olsson bildirib ki, həmin videonu o, göndərməyib. Futbolçunun fikrincə, sosial media hesabını ələ keçirən hansısa haker bunu edə bilər.
Qadın isə onun ifadəsini qəbul etməyib. Bildirib ki, video Martin Olsson tərəfindən, özü də milli komandanın düşərgəsində olduğu vaxt göndərilib.
İsveç Futbol Federasiyasının baş katibi Hakan Syöstrand isə bildirib ki, futbolçunun ifadəsinə inanırlar və olaya çox ciddi yanaşırlar. Kiminsə Martin Olssona pislik etmək istədiyini vurğulayan baş katib əldə etdikləri informasiyaya görə futbolçunun sosial media hesabı oğurlanıb və bu video göndərilib. Hakan Syöstrand qeyd edib ki, olayla bağlı məlumatları polisə verməklə yanaşı, özləri də araşdırma aparırlar.
Fanat.Az