"Komandamızın oyunundan çox razıyam. Üzücü hal odu ki, ilk hissədə kifayət qədər qol imkanlarını dəyərləndirə bilmədik. Ancaq fasilədən sonra yaxşı oynadıq, qol epizodları yaratdıq və sonda məqsədimzə çatdıq. Sonradan meydana çıxan futbolçular ümidləri doğrultdular”.
Fanat.Az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin evdə "Keşlə"ni 2:0 hesabı ilə məğlub etdikləri Topaz Premyer Liqasının 4-cü tur matçından sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Dediniz ki, oyundan razı qaldınız. Ancaq "Neftçi" 88-ci
dəqiqəyədək meydanda var-gəl edirdi. O vaxtadək komandanız harada idi?
- Ola bilər ki, siz başqa oyuna baxırdınız. Ciddi sual verin və onu cavablayım.
- Rəqib baş məşqçi bəxtlərinin gətirmədiyini açıqladı. Bəs siz necə
düşünürsüz?
- İlk hsisədə qol imkanları yaratsaq da, vura bilmədik. Bəxt onda gətirər ki, 1
qol epizodu yaradasan və ondan istifadə edərək qalib gələsən.
- İlk 3 oyunda cəmi 7 dəqiqə oynamış Rəhman Hacıyev bu gün əsas heyətdə
meydana çıxdı. O, tələblərinizə nə dərəcədə cavab verdi?
- Rəhmandan razıyam. Meydanda üstün oyunumuzda pay sahibi oldu. Bu gün şans
verdiyim futbolçulardan razı qaldım.
- Bu suala "Neftçi"nin baş məşqçisi kimi yox, italiyalı
mütəxəssis kimi cavab verməyinizi istərdik. "Qarabağ" -
"Sumqayıt" matçında penalti ilə bağlı mübahisəli epizodlar haqda nə
düşünürsüz?
- Açıq-aydın görünürdü ki, penalti vardı. Burada penalti verməmək şansı da yox
idi. Düşünürəm ki, bu, sadə vəziyyət idi. Həm baş hakim, həm laysnman asanlıqla
penalti qərarı verə bilərdi.
- Zədəli Emin Mahmudovun yoxluğu komandanın hücum quruculuğuna necə təsir
göstərdi?
- O, çox keyfiyyətli futbolçudu, hücumameylli oyunçudu, təhlükəli epizodlar
yaradır. Mahmudov hətta kapitan sarğısını daşıyıb. Rəhman onun yerində kifayət
qədər yaxşı oynadı, təhlükəli epizodlar yaratdı. Hacıyevdən razıyam.
- Mahmudovun durumu necədi? Növbəti matçda oynayacaq?
- Millidən zədəli gəlib, durumuna baxacağıq. Buna əsasən qərarımızı verəcəyik.
- Dario Frederikonun daha çox fərdi oyuna üstünlük verməsi sizi narahat
edirmi?
- Dario və Dabo fərdi oynları ilə seçilən futbolçulardı. Onlardan razıyam. Top
itkilərini normal sayıram. Yorulduğu üçün Darionu ikinci hissədə əvəzlədim.
Fanat.Az