23:58 16.09.2018 1192

Mladen Milinkoviç: "İkinci qol ofsayddan vuruldu"

"Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç "Neftçi”yə səfərdə 0:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının 4-cü tur matçından sonra mətbuat konfransı keçirib.


Fanat.Az xəbər verir ki, serbiyalı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib:


- Əlbəttə, düşünürəm ki, yaxşı oynadıq. Təəssüf ki, son dəqiqələrdə üstünlüyü əldən verdik və buraxdığımız qollarla uduzduq. Doğrudu, ilk hissədə hardasa bərabər oyun getdi. Müəyəyn məqamlarda səhvlər də oldu. Ancaq ikinci hissədə oyunumuzu artırmadıq. Bəxtimiz də gətirmədi, bir neçə qol şansımızdan istifadə edə bilmədik. Fikrimcə, taktiki cəhətədn yaxşı oynadıq. Bildiyiniz kimi, "Neftçi"nin güclü hücum xətti var. Onların ön xətdə çıxış edən futbolçularının çoxunu bağladıq. Deyərdim ki, hücumçumuz Ander Klennon qol şanslarını əldən verdi. Futbolda kim qol vurursa, o da qalib gəlir. "Neftçi" bundan istifadə etdi və meydanı qalib tərk etdi. Deyərdim ki, bu gün "Keşlə" çox fərqli idi. Yaxşı mübarizə apardıq, çox istəkli idik. Ancaq təəssüf ki, istədiyimzi nəticəni əldə edə bilmədik.


- Çoxsaylı qol imkanlarını qaçıran Klennonu niyə gec əvəzlədiz?
- O, qol vura bilmədi, ancaq yaxşı oynadı. Qalib gəlməyimizə çox kömək edə bilərdi.


- Kamran Ağayev qapısını tərk edərkən ona iradını bildirdiniz, ancaq sizə qulaq asmadı...
- Onun bu hərəkəti haqda müxtəlif fikirlər ola bilər. O, qapısını tərk etdi və bunun nəticəsində 2-ci qolu buraxdıq. Həmin vaxt oyunun bitməsinə 1 dəqiqə qalmışdı. O epiozdda Nikola Mitroviç cərimə zərbəsindən qol da vura bilərdi. Kamranın hərəkəti riskli idi. Ancaq 0:1 və 0:2 arasında fərqi yoxdu. Hakimlik pis olmadı, referi normal idarəçilik etdi. Amma məncə, 2-ci qol ofsayddan vuruldu.


- Bahodir Nasimov meydana daxil olanda hücum xəttiniz güclənmədi. O, ləngliyi ilə yadda qaldı. Nasimovun əvəzinə Amil Yunanovu buraxmaq daha düzgün olmazdı?
- Amil cəld futbolçudu, başa düşürəm. Ancaq Nasimovu hesaba uyğun olaraq meydana buraxdıq. Müdafiə xəttində ani konsentrasiyanı itirdik və bu, qolla nəticələndi.


- Samir Məsimov meydana çıxandan sonra 2 epizodda yaxşı şansları olsa da, bundan istifadə edə bilmədi...
- Fikrinizlə razıyam. Ona qarşılaşmadan sonra düşüncələrimi bildirdim. Futbolçu meydanda vaxtında qərar verməlidi. Vaxtında ötürmə etsəydi, bu, qolla nəticələnərdi və meydanı qalib də tərk edə bilərdik.


- 4 oyuna 1 xal və sonuncu yer. Hansı çatışmazlıqları aşkar edərək, aradan qaldırmağı düşünürsüz?
- Təbii ki, məğlubiyyətlər komandaya psixolji təsir edir. Ancaq bu, futboldu, belə şeylər olur. Məsələn, Albaniyada 6 oyuna 3 xal toplamışdım və sonra yaxşı nəticələr qazandıq. Əsas odu ki, qələbə qazanaq, motivasiyamız olsun.

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 İyun 2025
01:08

Klublararası dünya çempionatı: "Real Madrid" "Əl-Hilal"la bacarmadı

18 İyun 2025
23:54

Ramos "İnter"lə oyunda sabiq "İnter"linin rekordunu yenilədi

23:36

"İnanıram ki, "Hayduk" səddini keçə biləcəyik" - Rəşad Sadıqov

23:18

Qvardiola Qrilişin gələcəyi ilə bağlı nə danışdı?

22:50

Bernardu Silvanın yeni mövsümə harada başlayacağı bilindi - Özü açıqladı

22:23

Zelim Kotsoyev dünya çempionatında "bürünc" qazandı

21:58

"Mançester Siti" klublararası dünya çempionatına inamlı qalibiyyətlə başladı

21:06

"Kəpəz" və "Panatinaikos" rəsmiləri arasında görüş olub

20:39

Yeniyetmələr arasında Liqa yarışının II turu başa çatdı

20:18

Bakıda D kateqoriyalı məşqçi kursları başladı

19:51

"İndiki məqamda əsas işimiz komandanı..." - Elmar Baxşıyev

19:20

"Qarabağ" rəsmiləri "Fənərbağça"nın prezidenti ilə görüşdülər

18:46

İnzaqi "Real Madrid"lə oyundan öncə belə danışdı

18:15

Qurban Qurbanov ÇL-in püşkünü dəyərləndirdi

17:58

"Sabah" Sloveniya təmsilçisinə uduzsa... - Potensial rəqibi bəlli oldu

17:40

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:22

Rusiya klubu fəaliyyətini dayandırdı - RƏSMİ

17:03

"Barselona" yeni transferini açıqladı

16:45

"Barselona"ya keçəcəyi gözlənilən qapıçı klubundan ayrıldı - RƏSMİ

16:26

Konfrans Liqası: "Zirə" Xorvatiya, "Araz-Naxçıvan" isə Yunanıstan təmsilçisinə rəqib oldu

16:08

Stolüstü tennisçimiz Çində hazırlıq keçəcək

15:50

Çempionlar Liqasında II mərhələnin püşkü atıldı

15:31

İngiltərə Premyer Liqasında yeni mövsümün təqvimi açıqlandı

15:12

"Sabah"ın potensial rəqibinin kimliyinə aydınlıq gəldi

14:52

Azərbaycan gimnastları dünya çempionatında mübarizəyə başlayır

14:33

"Araz-Naxçıvan" 4 legioneri ilə vidalaşdı

14:14

Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi bilindi

13:51

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan etdi

13:33

AMADA rəsmiləri Avropa antidopinq konfransında iştirak ediblər

13:15

Belarus yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

12:56

FİFA İsraildə oynayan legionerlərlə bağlı qərar verməyə hazırlaşır - İDDİA

12:37

Qvardiola İngiltərədə çalışdığı müddətdə ilk dəfə bu addımı atdı

12:18

Mbappe klublararası dünya çempionatının ilk oyununu buraxa bilər - SƏBƏB

11:59

İngiltərə nəhəngi 39 yaşlı veteranla anlaşdı

11:41

"Araz-Naxçıvan" hazırlığa start verdi

11:22

"İnter" xal itkisi ilə başladı - VİDEO

11:04

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:45

Klublararası dünya çempionatı: "Real Madrid" ilə "Mançester Siti" ilk sınağına çıxır

10:26

Dünya çempionu: Zelim Kotsoyev mübarizəyə başlayır

09:46

"Qarabağ", "Zirə" və "Araz-Naxçıvan"ın rəqibləri müəyyənləşir - PÜŞKATMA

Facebookdan bizi izləməyi unutmayın.
X