“Yuventus”un ulduzu 5 oyunluq cəzalandırıla bilər - VİDEO
"Yuventus”un futbolçusu Duqlas Kostan ağır cəza gözləyir.
Fanat.Az xəbər verir ki, buna səbəb 28 yaşlı braziliyalı yarımmüdafiəçinin A Seriyasının V turunda "Sassuolo”nu 2:1 hesabı ilə məğlub etdikləri matçın 90+4-cü dəqiqəsində rəqib futbolçu Federiko Di Françeskonun üzünə tüpürməsidi. Bu səbəbdən meydandan qovulan Kostanın 3 dəqiqə əvvəl həmin oyunçuya başla zərbə vurmaq istədiyi üçün sarı vərəqə alıb.
İtaliya çempionatının əsasnaməsində rəqibə tüpürməyə görə 3 oyunluq cəza nəzərdə tutulub. Lakin Duqlas Kostanın idmançıya yaraşmayan digər iki davranışı da nəzərə alınarsa, onu 5 matçlıq diskvalifikasiya gözləyir.