"CBC Sport” telekanalının rəhbəri Volkan Üst infarkt keçirib.
Fanat.Az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Özge Uzun "İnstagram” hesabında paylaşım edib.
Volkan Üstün vəziyyətinin stabil olduğu bildirilir.
"Biz həyatımızın geri qalan hissəsinin ilk gününü yaşayırıq. Volkan ağır infarkt keçirdi. Sərhədə qədər getdi, baxıb geri qayıtdı. Reanimasiyada günə yaxşı oyandıq. Qızımızla da danışdıq. Ona bildirdik ki, bir müddət evə gələ bilməyəcəyik”, - deyə Özge bildirib.
Fanat.Az