""Neftçi"də heç kim istefaya getmir. Komanda mövsümü çox uğurlu şəkildə başa vurdu – çempion oldu, kuboku qazandı. Belə mövsümdən sonra necə istefa ola bilər? Məni düz başa düşün: istefalar adətən uğursuzluqla üzləşən klublarda baş verə bilər. Hazırda biz heyəti daha da gücləndirmək haqda düşünürük. Bu cür xəbərləri yayanlar “Neftçi”ni sevməyənlər, gözü götürməyənlərdi. Gələcəkdə ola bilər mən burda olmayım. Amma indi ancaq komandanın uğurları haqda düşünürəm".
İdman24.az