Kiyevdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, Ramin Quliyevin komandası Ukraynanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş təmsilçimizin 0:7 hesablı yenilgisi ilə başa çatıb.
Qeyd edək ki, komandamız bu rəqiblə sentyabrın 20-də də üz-üzə gələcək.
Fanat.Az