İsveçin "Kalmar” klubunun müdafiəçisi Emin Nuri uzun sürən zədədən sonra yaşıl meydanlara qayıdıb.
Fanat.Az xəbər verir ki, mart ayının əvvəlində ağır zədə alan və 7 ay oynaya bilməyənazərbaycanlı futbolçu ötən gün klubun U-21 komandasının "Elfsborq”la oyununda start heyətdə meydana çıxıb. Emin fasilədən sonra – 55-ci dəqiqədə əvəzlənib.
Qarşılaşma isə "Kalmar”ın 4:1 hesablı qələbəsiylə başa çatıb. Bu klubun U-21 komandası 5 turdan sonra 10 xalla 8 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.
Fanat.Az