"Sportinq" ötən mövsüm Avropa Liqasında yaxşı çıxış edib. Komanda yalnız "Atletiko"ya uduzub. Bu, bizim yaxşı işlər görə biləcəyimizə işarədi".
Fanat.az xəbər verir ki, bu sözləri Portuqaliyanın "Sportinq" klubunun baş məşqçisi Joze Pezeyru Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la oyundan öncə keçirilən mətbuat konfransında deyib.
Rəqib çalışdırıcı "Qarabağ"ı tərifləyib: "Qarabağ” Azərbaycanda son 5 ilin çempionudu. Onlar ötən il "Sportinq”i mübarizədən kənarlaşdıran "Atletiko” ilə heç-heçə oynayıblar. Rəqibimiz topla oynamağı sevən komandadı. Biz rəqibimizi yaxşı tanıyırıq. Avropa Liqasında yaxşı başlanğıc etmək vacibdir. Bizim oyun planımız və strategiyamız var. Lakin "Qarabağ" haqqında daha çox şeyləri araşdırmalıyıq. Sabah da meydana ən yaxşısını etmək üçün çıxacağıq. Diqqətimiz məhz bu qarşılaşmada olmalıdı. Biz rəqibdən daha çox qol vurmalıyıq”.
Baş məşqaçi sonda azarkeşlərə səslənib: "Komandaya dəstək olmaq üçün azarkeşlərə müraciət edirəm. Ümid edirəm ki, sabah hamınız stadionda olacaqsınız”.
Fanat.Az