"Sportinq”in futbolçusu Sebastian Koates Avropa Liqasının qrup mərhələsinin ilk turunun "Qarabağ”la oyunu öncəsi keçirilən mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, 28 yaşlı uruqvaylı müdafiəçi "Qarabağ"la oyunun favoriti olmaları fikri ilə razılaşmadığını bildirib:
"Qarabağ”la "Joze Alvalade” stadionundakı oyunumuzun formal xarakter daşıyacağını desək, özümüzü aldadarıq. Adından və statusundan asılı olmayaraq, istənilən komanda hörmətə layiqdi. Futbolda asan rəqib yoxdu. Hər zaman sürpriz nəticələr olub. Öz oyunumuzu oynamalı və rəqiblərimizdən hər zaman ən yaxşısını gözləməliyik. "Bizim bu matçda favorit olduğumuzu düşünmək düzgün olmaz.
Oyuna yaxşı hazırlaşmışıq. Qalib gəlmək istəyirik. Evdəki üstünlüyümüzdən maksimum yararlanmalıyıq. Doğma meydanda keçirdiyimiz bütün oyunları udmaq əla olardı”.
Fanat.Az