"Qrup mərhələsində ilk oyunumuza çıxacağıq və ciddi rəqiblə qarşılaşacağıq. Heyətimizdə problem olsa da, oyuna yaxşı hazırlaşmışıq, rəqibi analiz etmişik. İnanıram ki, hər iki komanda baxımlı futbol sərgiləyəcək".
Fanat.Az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsinin ilk turunda Portiqaliyanın "Sportinq" klubuyla oyunöncəsi keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov üstünlüyün rəqibdə olduğunu bildirib: "Üstünlük "Sportinq” tərəfdədi. Çünki öz meydanlarında oynayır və evdə aqresssiv, aktiv çıxış edirlər. Çox qol vurmağı xoşlayırlar. Bilirik ki, bizə ağır olacaq. Ancaq rəqibi yaxşı tanımışıq və fikrimcə, futbolçular meydanda ən yaxşı tərəflərini göstərəcklər".
Baş mşqçi kapitan Rəşad Sadıqovn oynamayacağını deyib: "Rəşadla bağlı qərar verildi. O, meydanda olmayacaq. Miçellə dair qərar vermək üçün hələ sabahadək vaxtımız var. Hələ qərar verməmişik".
"Qarabağ” qrupda 5-ci dəfə oynasa da, onu qeyri-peşəkarlıqla Ukrayna klubu kimi təqdim ediblər. Sizə elə gəlmir ki, bu, səhv yox, təxribatdı? sualına Qurbanov belə cavab verib: "İnanmazdım ki, bu, təxribatdı. Heç inanmaq da istəmirəm ki, təxribat olsun. Böyük klublarda texniki səhv ola bilər. Portuqaliya ilk dəfə Azərbaycan klubuyla qarşılaşır. Ümid edirəm ki, bu, yalnız texniki səhvdi".
Fanat.Az