"Qarabağ"ın futbolçusu Filip Ozobiç Avropa Liqasının qrup mərhələsinin ilk turunun "Sportinq"lə oyunu öncəsi keçirilən mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, xorvat futbolçu bunları deyib:
"Sportinq” yaxşı heyətə malik yaxşı komandadı. Baş məşqçimiz rəqibin güclü tərəflərini deyib. Düşünürəm ki, onun dediklərini matçda etsək, yaxşı nəticə qazanacağıq. Bilirik ki, "Sportinq” çox yüksək səviyyəyə malikdi. Sonadək mübarizə aparacağıq. Yaxşı oyun göstərib Bakıya müsbət nəticəylə qayıtmaq istəyirik.
"Səni "Qarabağ"da adətən Riçard Almeydayla müqayisə edirlər. Belə müqayisə səni sıxmır? Sabah ən yaxşı oyununu görə bilərikmi?" sualına belə cavab verib: "Almeyda çox yaxşı futbolçudu, onun çıxışı, oyun tərzi xoşuma gəlir. Ancaq onun tərzi mənim tərzimlə eyni deyil. Məşqlərdə daha çox çalışıram. Ümid edirəm ki, komandam üçün əlimdən gələnin ən yaxşını edəcəyik".
Fanat.Az