FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 3 pillə geriləyib. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv hazırda 1202 xalla 108-ci pillədə qərarlaşıb. Yığmamız 5 xal itirib.
Millimizin UEFA Millətlər Liqasındakı rəqiblərindən Farer adaları 2 pillə geriləyərək 92-i yerə düşüb (1261 xal). Kosovo millisi 3 (1092 xal, 138-ci yer), Malta 1 (928 xal, 183-cü yer) pillə irəliləyib.
Belçika xal hesabını Fransa ilə bərabərləşdirərək (1729) ilk pilləyə şərik çıxıb. İlk "onluq"da başqa dəyişiklik olmayıb. 3-10-cu pillələri bu komandalar tutur: Braziliya, Xorvatiya, Uruqvay, İngiltərə, Portuqaliya, İsveçrə, İspaniya, Danimarka.
Türkiyə millisi mövqeyni qoruyub. "Ay-ulduzlular" 1456 xalla 38-ci pillədə qərarlaşıb.
Fanat.Az