"Oyun bizim üçün çətin keçdi. Rəqibimiz görüşə yaxşı hazırlaşmışdı. İlk hissədə qol şansları yaratmağımıza baxmayaraq, hesabı aça bilmədik. İkinci hissəyə daha istəkli çıxdıq və əlimizə düşən ilk fürsətdə hesabı açdıq”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Sportinq"inin kapitanı Luiş Nani Lissabonda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin ilk tur matçından sonra deyib.
"A Bola”ya danışan 32 yaşlı futbolçu "Hesabın açılmasında iştirak etdiyim üçün şadam. Komandaya 3 xal qazanmaqda kömək etdim. Doğru yolda irəliləyirik və belə də davam etməliyik”, deyə qeyd edib.
Fanat.Az