Avropa Liqasının qrup mərhələsinin I turunda "Qrabağ"ın qapısına ilk qolu vuran "Sportinq"in futbolçusu Rafinya oyunla bağlı danışıb.
Fanat.Az xəbər verir ki, matçın 54-cü dəqiqəsində hesabı açan, 88-ci dəqiqədə isə komanda yoldaşı Jovane Kabrala məhsuldar ötürmə verən braziliyalı forvard oyunun gözlədikləri kimi çətin keçdiyini bildirib:
"Avropa Liqasında ilk qolumu vurduğum üçün xoşbəxtəm. Bu, hər zaman xüsusidi. Amma ən önəmlisi qələbə qazanmağımızdı. "Qarabağ” matça çox ciddi hazırlaşmışdı. Amma biz bu səddi adlamağı bacardıq. Yarışa qələbə ilə başlamaq çox vacibdir. Bundan sonra da öz oyunumuzu sərgiləyərək, qalibiyyət haqda düşünməliyik”.
Fanat.Az