"Neftçi"nin sabiq baş məşqçisi Vlastimil Petrjela Azərbaycan karyerasını xatırlayıb.
Fanat.Az xəbər verir ki, çex mütəxəssis "Sport-Ekspress"ə müsahibəsində Azərbaycanda işlədiyi vaxtda qumarxanaya getmədiyini deyib:
"Əslində mən qumarbaz deyiləm, amma ruletkanı çox sevirdim. Sankt-Peterburqda həftədə 3 dəfə kazinoya gedirdim. Azərbaycanda isə kazino yox idi və mən özümü sakit hiss edirdim. Ruletkanı da xatırlamırdım".
Qeyd edək ki, Vlastimil Petrjela 2007/08 mövsümünün ilk yarısında "Neftçi"nin baş məşqçisi olub.
Fanat.Az