Ukraynada yaşayan azərbaycanlı idmançı, fitnes model Bahar Nəbiyeva sosial şəbəkə fenomeninə çevrilib.
Fanat.Az xəbər verir ki, "Xanım dəmir ayaq " kimi tanınan Bahar fitnesə məktəbdə yoldaşlarının onu lağa qoymasından sonra başlayıb.
"Çox arıq idim, insanların mənə baxmasından bezmişdim və bu vəziyyəti dəyişdirmək istədim. İdman salonlarına getməzdən öncə fitneslə bağlı heç bir təsəvvürüm yox idi. Lakin zaman keçdikcə güzgüyə baxdığımda əzələlərimin inkişaf etdiyini gördüm. Artıq məni heç kim dayandıra bilməzdi".
Model ona tez-tez dietlə bağlı suallar verildiyini söyləyir.
"Heç bir diet proqramım yoxdur. Güclü metobolizmanız varsa, hər şey yeyə bilərsiniz. Həmçinin məşqlərimi heç vaxt yarımçıq saxlamıram", - deyə o, bildirib.
Qeyd edək ki, 24 yaşlı modelin "Instagram"da 2,1 milyon izləyicisi var.