"Uğursuzluq zolağından çıxa bilmirik. Oyunun gedişatında hansısa inkişaf olsa da, bunu heç kəs qəbul etməyəcək. Komandamızdan hamı qələbə gözləyir. "Qarabağ" bu cür səhvləri bağışlamır. Çox üzgünəm. Cəzalandırılmalı insanlar cəzalanacaqlar. Bu komanda öz yerinə qayıdacaq. Bunu söz verirəm".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının V turunda "Qarabağ”a səfərdə 1:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Qurbanov "Qarabağ” neçənci heyətlə meydana çıxmalıdı ki, xal qazana biləsiniz" sualına belə cavab verib: "Qarabağ”da ikinci heyət yoxdu. Onların hər bir futbolçusu yüksək səviyyəlidi".
Baş məşqçi Tərlan Əhmədovun onun yerinə gətiriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib: "Uzun illərdi bu komandadayam. Rəhbərlik hansı qərarı versə, buna hörmətlə yanaşacam. "Qəbələ” üçün ən xeyirlisi nədisə, o da olsun".
Fanat.Az