AFFA-nın U-17 Liqasında çıxış edən komandalar arasında U-17 Kuboku turniri keçiriləcək. Fanat.az xəbər verir ki, bu gün assosiasiyanın inzibati binasında ilk dəfə təşkil ediləcək turnirin püşkü atılıb. Püşkün nəticəsinə əsasən, aşağıdakı komandalar üz-üzə gələcək:
4 noyabr
İlk oyunlar
“Sumqayıt” – “İnter”
“Turan T” – “AZAL”
“Simurq” – “Kəpəz”
“Rəvan” – “Xəzər Lənkəran”
25 noyabr
Cavab oyunları
“İnter” – “Sumqayıt”
“AZAL” – “Turan T”
“Kəpəz” – “Simurq”
“Xəzər Lənkəran” – “Rəvan”
Qeyd edək ki, ötən mövsüm U-17 Liqada ilk 4 yeri tutmuş komandalar – “Qəbələ”, “Neftçi”, “Bakı” və “Qarabağ” mübarizəyə növbəti mərhələdə qoşulacaq.
Fanat.az