Avropa Liqasının qrup mərhələsinin "Qarabağ”la oyununda zədələnən "Sportinq”in futbolçusu Jeremi Matyönün durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, fransalı müdafiəçi 2-3 həftə sıradan çıxıb. Bu səbəbdən o, V turunda "Braqa” ilə bu gün səfərdə keçiriləcək görüşün heyətindən çıxarılıb.
Qeyd edək ki, 34 yaşlı oyunçu "Qarabağ”la oyunun 75-ci dəqiqəsində sol ayaq əzələsindən xəsarət alaraq, əvəzlənməli olub.
Fanat.Az