AFFA-nın İntizam Komitəsi "Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə və "Keşlə”nin oyunçusu Andre Klennonu cəzalandırıb.
Fanat.Az xəbər verir ki, Xəlilzadə Topaz Premyer Liqasının V turunda "Qarabağ”a 1:4 hesabı ilə uduzduqları matçın 90+2-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. O, 2 oyun cəzalanıb. Klub isə 1600 manat cərimələnib.
Klennon isə ötən tur "Sumqayıt”a evdə 1:2 hesabı ilə məğlub olduqları görüşün 90+2-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Hücumçu 1 oyunluq cəzalanıb, klub isə 200 manat cərimə ödəməli olacaq.
Fanat.Az