"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərənin "Arsenal” klubunun müdafiəçisi Sokratis Papastatopulosun zədədən əziyyət çəkdiyini xəbər vermişdik.
Fanat.Az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, Papastatopulosla yanaşı, erməni yarımmüdafiəçi Henrix Mxitaryan da "topçular”ın "Brentford Siti"yə qarşı Liqa kubokunda oyununu buraxa bilər.
Avropa Liqasının ilk turunda Ukrayna "Vorskla”sı ilə görüşdə ayağından zərbə alan Ermənistan yığmasının üzvünün yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil. Mxitaryanın oktyabrın 4-də "Arsenal"ın Bakıda "Qarabağ"la keçirəcəyi Avropa Liqasının 2-ci tur matçında iştirakı sual altındadı.
Daha əvvəl müdafiəçi Loran Koselninin "Qarabağ"la oyunda iştirak etməyəcəyi açıqlanmışdı.
"Qarabağ” - "Arsenal” matçı Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:55-də başlayacaq.
Fanat.Az