Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Fanat.Az xəbər verir ki, siyahıda yer alan millimizin və "Qarabağ"ın baş məşqçisiQurban Qurbanov 1077 xalla 461-cidi. O, ötən həftə ilə müqayisədə 8 pillə irəliləyib.
Tomas Tuhel, Karlo Ançelotti, Andrea Stramaççioni, Marselo Byelsa, Nunu Eşpiritu Santu, Alan Pardyu, Ərtoğrul Sağlam, Klod Makelele, Petit, Murat Yakın, Pol Lambert, Andre Villaş-Boaş kimi mütəxəssislər Qurbanovdan sonrakı pillələri tuturlar.
Siyahıya "Barselona”nın çalışdırıcısı Ernesto Valverde başçılıq edir. 2-ci yerdə "Real”ın sabiq çalışdırıcısı Zinəddin Zidandısa, 3-cü pillədə "Atletiko"nun baş məşqçisi Dieqo Simeone mövqe tutub.
Fanat.Az