"Qarabağ” mövsümün əvvəlində transfer etdiyi Simeon Slavçevə görə "Sportinq”ə pul ödəməyib.
Fanat.Az xəbər verir ki, bu barədə Portuqaliyanın "A Bola” nəşri məlumat yayıb.
İddiaya görə, bolqarıstanlı yarımmüdafiəçi Ağdam klubuna havayı başa gəlib. Lissabon təmsilçisi ehtiyatda qalan 25 yaşlı futbolçuya əməkhaqqı ödəməmək üçün "Qarabağ”dan təzminat istəməyib. "Sportinq” Slavçevlə yananşı, İspaniya "Jirona”sına keçən Seydu Dumbiyanı da havayı buraxıb.
Qeyd edək ki, Slavçev "Qarabağ”la 3 illik müqavilə bağlayıb.
Fanat.Az