"Çətin oyun keçdi. İlk hissədə istədiyimiz kimi oynamadıq. Ancaq fasilədən sonra oyunumuzu bir az yaxşılaşdırdıq. Növbəti oyunlarda daha yaxşı oynayacağıq. İddialı "Zirə" yaratmaq istəyirk. Futbolçulardan razıyıq, əllərindən gələni etdilər".
Fanat.Az xəbər verir ki, bu sözləri "Zirə"nın məşqçisi Vəfadar Quliyev Topaz Premyer Liqada "Qarabağ"a səfərdə 2:3 hesabıyla uduzduqları I turun təxirə salınmış matçından sonra mətbuat konfransı keçirib.
Komandanın cəzalı baş məşqçisi Samir Abasovu əvəzləyən gənc mütəxəssis əvvəlcə qarşılaşma haqda danışıb. O, sonradan meydana çıxaraq dubl edən Mirsahib Abbasovun əsas heyətdə yer almamasının səbəbini açıqlayıb: "Bu, baş məşqçinin qərarıdı. Məşqlərə əsasən qərar vermişdik".
"Uşaq səhvlərindən qollar buraxdıq. Komandayla çox hazırlşamağa vaxtı olmadı. Bilal Həmdi komandaya gec qoşulub, zədəsi də olub. Hələ tam hazır deyil. Razıyam ki, Vüsal İsgəndərli də özünü göstərə bilmədi" deyə Vəfadar Quliyev bildirib.
Fanat.Az