"Qarabağ"ın Topaz Premyer Liqasının VII turunda "Keşlə" ilə keçirilməli olan oyunu təxirə salınacaq.
Fanat.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov məlumat verib.
Baş məşqçi bildirib ki, oktyabrın 6-da keçirilməli olan qarşılaşmanın başqa vaxta keçirilməsi üçün Peşəkar Futbol Liqasına müraciət edəcəklər:
"Oyunların təxirə salınmasını xoşlamıram. Ancaq oktyabrın 4-də "Arsenal"la oynayırıq. Bundan 2 gün sonra oynaya bilmərik. 7-nə keçirsək, millinin oyuna hazırlaşmağa 4 gün vaxtımız olacaq. Sabahdan təxirə salınma ilə bağlı müraciət edəcəyik. Çox istəyirik, oynayaq. Amma 2 gün sonra oynamaq mümkün deyil. Həm "Keşlə", həm də PFL-dən xahiş edəcəyik ki, oyun təxirə salınsın.
Fanat.Az