Milli Estoniya yığması ilə yoldaşlıq görüşündə iştirak etmək üçün noyabrın 14-də çarter reysi ilə Tallinə uçacaq. Fanat.az xəbər verir ki, AFFA yığmanın yoldaşlıq görüşünə bir gün qalmış Estoniyada olmasını məqsədəuyğun sayıb.
Noyabrın 17-də komandamız Tallini tərk edib Qırğızıstanın paytaxtı Bişkekə yollanacaq. Noyabrın 19-a isə Qırğızıstan yığmasıyla matça çıxacaq.
Xatırladaq ki, Estoniya yığmasına qarşı oyun noyabrın 15-də Tallində “Le Kok Arena”da keçiriləcək.
Fanat.az