"Neftçi”nin futbolçusu Anton Krivotsyuk cəzalı duruma düşüb.
Fanat.Az xəbər verir ki, müdafiəçi sarı vərəqə limitini doldurub. Anton Topaz Premyer Liqasının V turunda "Səbail”lə keçirilən matçın 19-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanıb. Bu onun mövsümdə 4-cü "sarı"sı olduğundan növbəti turda "Sabah"a qarşı oynamayacaq.
Krivotsyuk bundan "Sumqayıt”, "Keşlə” və "Zirə” ilə oyunlarda sarı vərəqə alıb.
Fanat.Az