Bu gün Sport7.az saytının yaranması gündür.
Fanat.Az xəbər verir ki, saytın 4 yaşı tamam olur.
2014-cü ilin 1 oktyabrında "Qaynar Media"nın tərkibində yaradılan Sport7.az qısa müddətdə idman mətbuatına özünə layiqli yer tutub, cəmi 4 il ərzində ölkənin aparıcı idman saytlarından birinə çevrilib. Sayt hər gün operativ xəbərləri, maraqlı müsahibələri, repotajları ilə oxucuların görüşünə gəlir.
Fanat.Az Sport7.az-ın kollektivini təbrik edir, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayır.