11:04 03.10.2018 991

Nail Kərimov: "Qəbələ" mərhələni keçmək üçün oynayacaq"

UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin ilk oyunları çərçivəsində "Qəbələ"nin U-19 komandası "Şerif"lə qarşılaşacaq.

Fanat.Az xəbər verir ki, sport7.az komandanın oyuna hazırlığı ilə bağlı "Qəbələ" Futbol Akademiyasının meneceri Nail Kərimovla danışıb. Nail bəy açıqlamasında bunları söyləyib:
 
"Bacardığımız qədər irəliləməyə çalışacağıq. Təbii ki, gücümüz çatarsa ilk mərhələni keçmək, ən azı yaxşı futbol göstərmək niyyətliyik. Komanda hazırlıqlarını davam etdirir. Hazırda mərhələni keçmək haqda düşünürük. Onsuz da başqa bir hədəf ola bilməz. Şanslarımız bərabərdi. "Şerif" o qədər də keçilməz rəqib deyil. Onlar da bizim haqqımızda eyni şeyi düşünürlər. Biz hardasa 2012-2013-cü illərdə "Şerif"in bazasında olmuşuq. Həmin vaxt artıq 10 il idi ki, o bazadan istifadə edirdilər. Onların heç də bizimkindən geri qalmayan bazaları var. Asan olmayacaq, amma keçilməz rəqib də deyillər. Kim daha çox istəklidisə o da mərhələni keçəcək".

Nail bəy həm psixoloji həm də fiziki hazırlıqlarla bağlı bunları deyib: "Avqustun 1-dən hazırlıqlara başlamışıq. Bilirsiz ki, AFFA-nın çempionatlarla bağlı qərarından sonra əvəzedicilərimiz birinci divizionda oynamadılar. U-19-un böyük əksəriyyəti də məhz əvəzedicilərdə çıxış edirdi. Bu məsələlərlə əlaqədar həmin uşaqlar 10 gün istirahət etdilər. Bakıda və Qəbələdə hazırlıq keçmişik. Yoldaşlıq görüşləri olub. Kənardan da heç bir futbolçu cəlb edilməyib. Hazırlıqları qənaətbəxş saymaq olar. Bilirsiz ki, havalar, o cümlədən meydançalarımız da yaxşıdı. İstədiyimiz vaxt məşqləri etmişik. Çatışmayan məqam yoxdu, hər şey qaydasındadı. Cəmi bir zədəli futbolçumuz var. O da artıq 2 həftəyə yaxındı komanda ilə birlikdə məşq edir. Müəyyən hazırlıqdan sonra meydana çıxıb oynaya bilər. Psixoloji hazırlığa gəlincə, əlbəttə, futbolçular da bilirlər ki, hər hansı çempionat nəyinsə sonu və ya başlanğıcı deyil. Buna baxmayaraq, futbolçular oyunlar ciddi yanaşırlar. Növbəti mərhələdə bu oyunun qalibini "Herta" kimi komanda gözləyir. Futbolçularımız da fərqindədi ki, belə komandalarla oynamaq yaxşıdı, təcrübədi. Artıq akademiyamızdan bəzi futbolçular belə oyunlarda meydana çıxıb. Komandada futbolçular 17-19 yaş arasındadı. Yəni, onlara əlavə nəsə deməyə ehtiyac yoxdu".

"Qəbələ"nin məşqçiləri "Şerif"i analiz ediblərmi? Kərimov bu suala belə cavab verib: "Üçlü müdafiədən istifadə edirlər. Məşqçilər oyunlara baxıb. Diskləri əldə edib analizlər aparmışıq. Hücumlar qurmağa çalışan komandadı".

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 İyun 2025
20:39

"Qarabağ" braziliyalı oyunçu ilə gücləndi

20:17

İtaliya nəhəngi Sanço üçün MY-yə rəsmi təklif göndərdi

19:43

"Çelsi" Mudriki məhkəməyə verə bilər - AÇIQLAMA

19:12

"Neftçi" hazırlıq planını açıqladı

18:50

Azərbaycan millisinin heyəti açıqlandı

18:05

AFFA rəsmiləri FIFA sammitində

17:59

Azərbaycan Karate Federasiyasının nəzdində "Xankəndi" klubu yaradıldı

17:41

Səudiyyə Ərəbistanı klubu Poqbanı aparır - SON DURUM

17:23

Dubayda həbs edilən məşhur hücumçu Niderlanda ekstradisiya edildi

17:05

Rekord məbləğdə transfer reallaşır - Alman ulduz tibbi müayinədən keçdi

16:47

"Roma"nın keçmiş idman direktoru Premyer Liqa klubu ilə anlaşdı

16:29

Vüqar Nadirov növbəti mövsümə harada başlayacaq? - AÇIQLAMA

16:11

"Liverpul"un sabiq ulduzu Belçika klubundan qovuldu

15:53

U-14-dən ardıcıl üçüncü qələbə

15:18

"Arsenal", yoxsa "Mançester Yunayted"? - Dyökereş seçimini etdi

14:59

Azərbaycan millisi dünya çempionatında mübarizəni dayandırdı

14:42

"Ağzımızda pis dad var idi" - Messi "Portu" üzərində qələbədən danışdı

14:23

"Araz-Naxçıvan"da iki yeni müqavilə - RƏSMİ

14:05

Bitdi: Mudrikin günahı sübuta yetirildi

13:46

Həbib Nurməhəmmədov Qurban Qurbanovla görüşdü

13:27

"Aris" bizim üçün arzuolunan rəqib deyil" - Qara Qarayev

13:08

"Sabah" yeni baş məşqçisinin adını açıqladı

12:49

Gümüş Avropa Liqası: Azərbaycan millisi növbəti matçına çıxır

12:30

İngiltərə nəhəngi dünya çempionu ilə danışıqlara başladı

12:13

Messi ABŞ klubunun tarixinə düşdü

11:54

Azərbaycan millisi Almaniya yığması ilə qarşılaşacaq

11:35

Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT

11:17

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:00

Aqil Nəbiyev Moldova yığması üzərində qələbəni şərh etdi

10:41

Klublararası dünya çempionatı: "Çelsi" Braziliya, "Bayern Münhen" Argentina nəhənginə qarşı

10:20

"Zirə"nin rəqibi hazırlıq planını açıqladı

10:01

Enrike braziliyalılarla bacarmadıqlarını etriraf etdi - "Bu mövsüm qarşılaşdığımız ən güclü komandadır"

09:23

"Ayaks" İngiltərə çempionunun keçidini elan etdi

09:00

"Atletiko"dan inamlı qələbə, PSJ məğlub oldu

01:00

Klublararası dünya çempionatı: Messi "İnter Mayami"yə qələbə qazandırdı

19 İyun 2025
23:54

Azərbaycan gimnastı dünya çempionatında finala yüksəldi

23:28

"Palmeyras" "Əl Əhli"ni məğlub etdi

23:05

"Yuventus" bunu 22 il sonra bacardı

22:09

Azərbaycan yığması dünya çempionatını 3 medalla başa vurdu

21:50

"Araz-Naxçıvan"ın rəqibi "Gent"in oyunçusunu transfer etdi

Facebookdan bizi izləməyi unutmayın.
X