Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ”ın qonağı olacaq "Arsenal” Bakıya gəlib.
Fanat.Az xəbər verir ki, London klubunu gətirən təyyarə saat 17.00 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.
"Arsenal"ı hava limanında bir qrup azarkeş qarşılayıb. Komanda məşq üçün birbaşa Bakı Olimpiya Stadionuna yollanıb.
Qeyd edək ki, sabah BOS-da keçiriləcək "Qarabağ” – "Arsenal” oyunu 21.00-da start götürəcək.
Fanat.Az