Futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçimiz "Araz” bu gün əsas mərhələdə ikinci oyununu keçirib.
Fanat.Az xəbər verir ki, ölkə çempionu Maltanın "Valletta” komandası ilə qarşılaşıb. İlk oyunda uduzan "Araz" bu dəfə heç-heçəyə razılaşıb. Hesab 3-cü dəqiqədə Azərbaycan çempionu açıb. Bundn sonra iki qırmızı vərəqə alan "Araz" 29-cu dəqiqədə üstünlüyü itirib - 1:1.
Qeyd edək ki, komandamız ilk oyunda Litva "Vitis”inə 0:1 hesabı ilə yenilmişdi. "Valletta” isə birinci görüşündə meydan sahibi "Luçenec”ə məğlub olmuşdu - 3:4.
Çempionlar Liqası
VIII qrup, II tur
4 oktyabr
Araz (Azərbaycan) - Valletta (Malta) 1:1
Qollar: Di Maio, 28:43 - Xətai Bağırov, 2:59.
Araz: 12. Rövşən Hüseynli, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 15. Adəm Həbibov.
Ehtiyat oyunçular: 1. İsa Kürdov, 9. Ramiz Rüstəmli, 10. Adil İsmayılov, 13. Samir Həmzəyev, 17. İsa Atayev, 18. Adil İsmayılov, 20. Kənan Manafov.
Baş məşqçi: Alesio Da Silva.
Valletta: 1. Bukia, 4. Çanukvadze, 8. M. Borq (k), 10. Nikvaşvili, 17. Kamilo Qomes.
Ehtiyat oyunçular: 12. Debono, 20. Vella, 5. Miliyiç, 6. R. Borq, 9. Saliba, 11. Musu, 14. Vella, 18. Elamari, 19. Di Maio.
Baş məşqçi: Xavyer Saliba.
Sarı vərəqələr: Nikvaşvili, 24:06. Kamilo Qomes, 34:03. Çanukvadze, 39:26 - İsa Atayev, 13:38. Adəm Həbibov, 26:05. Xətai Bağırov, 39:26.
Qırmızı vərəqə: İsa Atayev, 13:39. Adəm Həbibov, 28:10.
Hakimlər: Sven Eiçler (Almaniya), Kamil Çetin (Türkiyə), İvan Şabanov (Rusiya).
Luçeneç. "Sportova Hala Arena”.
Fanat.Az