"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Arsenal"ı qəbul edəcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu ingilislərlə oyuna tam heyətlə çıxa bilməyəcək.
Belə ki, müdafiəçilər - kapitan Rəşad Sadıqov və Donald Gerye, yarımmüdafiəçilər - Dani Kintana və Simeon Slavçev zədəlidi. Sözügedən oyunçular "Arsenal"a qarşı forma geyinməyəcək.
Qeyd edək ki, "Arsenal"da Petr Çex, Loran Koselni, Konstantinos Mavropanos, Eynşli Meytlend-Naylz zədə səbəbindən oynamayacaq. Erməni Henrik Mxitaryan və həmçinin Aron Remzi isə Bakıya gətirilməyib.
Fanat.Az