Birinci Divizionda 8-ci turun növbəti oyunları keçirilib. Fanat.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma reallaşıb.
“Qaradağ Lökbatan” “Şuşa”nı çətinliklə yenibsə, MOİK “Turan-T”-ni darmadağın edib. “Kəpəz” isə “Karvan”a boyun əyib.
1-ci Divizion
8-ci tur
2 noyabr
Şuşa - Qaradağ Lökbatan – 2:3
Qollar: Məhəmməd Xəlilov, 60, Kristof Nkansah, 80 - Murad Ağakişiyev, 3-pen; 84, Rüfət Məmmədov, 40.
MOİK - Turan-T – 4:0
Qollar: Azad Kərimov, 5, Cavidan Ağayev, 45+2, Arzuman Vəliyev, 69. Turan Tahirzadə, 82.
Kəpəz – Karvan – 0:1
Qol: Elmar Heydərov, 63.
Fanat.az