Avropa Liqasında "Qarabağ"ın rəqibi olan Ukraynanın "Vorskla” klubunun baş məşqçisi Vasili Saçko təmsilçimizlə oyundan danışıb.
Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis "Qarabağ” ilə keçirəcəkləri növbəti oyuna qədər zədəli futbolçuların geri dönməsinin onlar üçün yaxşı olacağını bildirib:
"Qarabağ” ilə oyuna pozitiv yanaşırıq. Onlar asan məğlub ediləcək rəqib deyil. "Qarabağ” böyük komandadı, ancaq biz də oyuna hazır olub mübarizə aparacağıq. Zədəli futbolçularımızın bərpa olunmalarını gözləyəcəyik. Aleksandr Kobaxidze, Denis Vasin, Aleksandr Çijovun zədəli olması bizim üçün böyük itkidir. "Qarabağ”la oyunda qələbə qazanmaq istəyirik. Fikrimcə, düşdüyümüz vəziyyətdən çıxacağıq”.
Qeyd edək ki, "Qarabağ" və "Vorskla" arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, təkrar qarşılaşma isə noyabrın 8-də Poltavada keçiriləcək.
Fanat.Az