Topaz Premyer Liqasının 7-ci turunda "Sabah”ı 2:0 hesabı ilə yenərək liderliyini möhkəmlədən "Neftçi”nin baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, italiyalı çalışdırıcı zəfərə belə şərh verib:
"Komandamı təbrik edirəm. Say azlığında qalsaq da, əzmkarlıq göstərdik. Bu qələbəni anasını itirmiş Karikariyə həsr edirik. Onu da qeyd edim ki, bizi ilk olaraq məhz Karikari təbrik etdi. Braliç qırmızı alsa da, yaxşı oynadı. İkinci sarı vərəqə epizodunda isə hakim əlini cibinə atmaya da bilərdi”.
Fanat.Az